Dünyanın ən iri superyaxtasında evə sahib olmaq - QİYMƏT

28-06-2021, 10:53           
Dünyanın ən iri superyaxtasında evə sahib olmaq - QİYMƏT
Dünyanın yeni, ən iri superyaxtası Somnio göyərtəsindəki lüks mənzillərin satışına başladığını elan edib.

Teref.az xəbər verir ki, 220 metr uzunluğunda nəhəng yaxtanın investorları 39 lüks mənzili maraqlı səyahətə çıxmaq və eləcə də tam komfortdan istifadə etmək istəyənlər üçün təklif etdiklərini bildiriblər. Mənzillərin satışı 9,5 milyon avrodan (11,3 milyon dollardan) başlayır.

2024-cü ildə tam hazır olacaq Somnio hazırkı ən iri yaxta rekordunun sahibi, Abu-Dabi şeyxlərinin ailəsinə məxsus Azzam-dan 40 metr uzun olacaq. Layihənin rəhbəri Amerikalı milyoner Karl le Souef-dir. Yaxtanın 10 min şüşəlik şərab zirzəmisi və çimərlik klubu, eləcə də dəniz ekologiyasını araşdırmaq üçün müasir cihazları və alim heyəti olacaq.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün səyahət gəmilərinin fəaliyyəti 2020-ci ilin martından qadağan olunmuş, onlar yalnız bu yaxınlarda yenidən üzməyə başlamışlar. Dünyanın ən iri səyahət gəmilərini inşa edən Carnival şirkəti ötən həftə bu ilin birinci rübündə 2 milyard dollar zərər etdiyini açıqlayıb. (Marja)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru