Daha bir ölkə “TikTok”u qadağan etdi

29-06-2021, 07:15           
Daha bir ölkə “TikTok”u qadağan etdi
Pakistan məhkəməsi ölkədə “TikTok” sosial şəbəkəsinin iyulun 8-dək qadağan olunması barədə qərar çıxarıb.

“Haber Global”ın məlumatına görə, Pakistan vətəndaşı əxlaqsız kontent səbəbindən “TikTok”a qarşı məhkəmə iddiası qaldırıb.

İddiada sosial şəbəkənin İslamın hökmlərinə və Pakistan mədəniyyətinə zidd olan siyasət yeritdiyi bildirilib. Xüsusən də, “TikTok” tərəfindən LGBT-nin təbliğinin milli mənəvi dəyərlərə əks olduğu qeyd edilib.

Məhkəmə, 8 avqustda keçiriləcək iş üzrə növbəti iclasın keçiriləcəyi vaxtadək sosial şəbəkənin fəaliyyətinin qadağan olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən ilin oktyabrında “TikTok”a qarşı Pakistan Telekommunikasiya Agentliyi tərəfindən də “əxlaqsız kontent” səbəbilə müvəqqəti qadağa tətbiq olunmuşdu.

Pakistandan öncə isə 2020-ci ilin martın 11-dən aprelin 1-dək adıçəkilən şəbəkə Hindistan məhkəməsi tərəfindən qadağan edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru