“Coca-Cola”nın xalis mənfəəti 48% artıb

21-07-2021, 21:27           
“Coca-Cola”nın xalis mənfəəti 48% artıb
Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 2021-ci ilin ikinci rübündə xalis mənfəəti 48 faiz artıb.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.

C.Kuinsi bildirib: “İkinci rüb üzrə nəticələr bizim biznesin bütövlükdə iqtisadiyyatdan daha sürətli bərpa olunduğunu göstərir”.

“Coca-Cola”nın iyulun 2-si sona çatan rübdə xalis mənfəəti 2,641 milyard dollar təşkil edib. Ötən ilin anoloji dövründə xalis mənfəət 1,779 milyard dollar təşkil etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru