Qızıl bahalaşır: ABŞ-dan göstəricilər açıqlanacaq

17-08-2021, 21:20           
Qızıl bahalaşır:
Çərşənbə axşamı Asiya sessiyasında qızılın qiyməti qalxır. Bunun səbəbi investorların koronavirus yoluxmalarının artmasından narahat olmaları və bu fonda risk almağa meylli olmamalırıdır.

Teref.az İnvestaz.az-a istinadən xəbər verir ki, Nyu-York birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0.14% və ya 2.4 dollar artaraq 1792.25 dollara yüksəlib. Gümüşün sentyabr fyuçersləri 0.55% artaraq 23.922 dollar olub.

Qızılın qiyməti ardıcıl dördüncü gün artmaqda davam edir. Bu müddət ərzində 2%-dən çox bahalaşıb. Dolların zəifləməsi və dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsi, qiymətli metalın qiymətlərini dəstəkləyir.

Bununla yanaşı, qiymətlərə bu gün Amerikadan dərc ediləcək önəmli göstəricilər də təsir edəcəkdir. Analitiklər hesab edirlər ki, iyul ayında ölkənin pərakəndə satışları iyun ayına nisbətən 0.2% azalarkən, sənaye aylıq olaraq 0.5% artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru