Taliban döyüşçüləri CNN müxbirlərinə hücum etdi: baş verənlər lentə alındı... - VİDEO
19-08-2021, 15:58
Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra hicabla ekran qarşısına çıxan CNN müxbiri Klarissa Vard Taliban üzvlərinin hücumuna məruz qalıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, jurnaist başına gələnləri “ən qorxuducu an” adlandırıb:
“Ən qorxuducu an 2 Taliban döyüşçüsünün CNN əmədaşının telefonu ilə video çəkərkən görməsi idi. Tüfənglərini qaldıraraq jurnalistlərə hücum etdilər. Tapança ilə döyməyə hazır idilər. Ətrafda bizə yaxınlaşan Taliban üzvləri var idi. Bir adam mənə qışqırırdı ki, üzümü bağlayım. Yoxsa mənimlə danışmazdı”.
Jurnalistin sözlərinə görə, başqa bir Taliban döyüşçüsü araya girərək onların çəkiliş üçün icazəsinin olduğunu deyib.
O, həmçinin Kabil küçələrində əlində qamçı olan insanları gördüyünü bildirib.
Qeyd edək ki, K.Vard bundan əvvəl açıqlamasında Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra o qədər də kəskin fərq olmadığını söyləmişdi.