Məşhur rəssamın itmiş əsəri bir qadının evində tapılıb - FOTO

21-08-2021, 08:23           
Məşhur rəssamın itmiş əsəri bir qadının evində tapılıb - FOTO
İtalyan rəssam Kanaletto (Covanni Antonio Kanal) tərəfindən çəkilən və itmiş hesab olunan əsər ingiltərəli qadının evində tapılıb.

Bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, əsər bu yaxınlarda dünyasını dəyişmiş qadının evində işləyən qiymətləndiricilər tərəfindən aşkarlanıb. Onlar divardan asılmış rəsmin Kanalettonun itmiş sayılan “Venesiya, Müqəddəs Mark hövzəsinin yanından Doqana burnu” əsəri olduğunu müəyyən ediblər.

Kətanda Doqana-da-Marda köhnə gömrük binası təsvir edilib. Güman ki, rəsm 17-ci əsrin ortalarında çəkilib.

Əsər ev sahibinin anası tərəfindən 1920-ci ildə alınıb, bi ilin sentyabrın 28-də isə hərraca çıxarılacaq.

Sənət əsərinin qiyməti 200 min dollar (340 min manat) civarındadır.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru