“Taliban“ qızlarla oğlanların birgə təhsil almasını yasaqladı

22-08-2021, 14:40           
“Taliban“ qızlarla oğlanların birgə təhsil almasını yasaqladı
"Taliban" əfqan qadınlarının hüquqlarına hörmət edəcəyinə söz verdikdən bir neçə gün sonra Herat şəhərinin özəl və dövlət universitetlərində birgə təhsil almağı qadağan edib.

Pravda.az xəbər verir ki, bu qərar hərəkat üzvləri ilə ali məktəblərin müəllim-professor heyəti ilə görüşdən sonra qəbul edilib.

Bundan əvvəl "Taliban" sözçüsü Zəbihullah Mücahid kişi və qadınların birgə təhsili və işləməsinə maneə yaradılmayacağını bildirib.

Rəsmi statstikaya görə, Heratın dövlət və özəl universitet, habelə kolleclərdə 40.000 tələbə və 2 min müəllif var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru