Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib - AÇIQLAMA

30-08-2021, 12:02           
Ermənistan girov götürdüyü bəzi azərbaycanlılardan donor kimi istifadə edib - AÇIQLAMA
Ermənistan tərəfi itkin və girovlarla bağlı məlumatlar verməkdən imtina edir.

Oxu.Az-ın məlumatına əsasən, bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlılarla bağlı keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O bildirib ki, Ermənistan girov götürdüyü yeniyetmələrdən böyük ehtimalla donor kimi, yaxud orqanlarını çıxarıb satmaq üçün istifadə edib.

İsmayıl Axundov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsir və girov götürülmüş 54 nəfərə baş çəkilib.

O bildirib ki, onlardan 17-si saxlanıldığı yerdə öldürülüb, cəsədləri təhvil verilib, qalanlarının taleyi bu günə qədər də naməlumdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru