Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA

31-08-2021, 14:07           
Peyvəndin yalnız bir dozasını vurduranlar hotellərə buraxılacaq? - AÇIQLAMA
Sabahdan iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

Bəs peyvəndin birinci dozasını vurduran şəxslər mehmanxanalarda qala bilərmi?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən mehmanxanalara buraxılacaqlar:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, peyvənd vurduran şəxslər COVID-19 pasportu ilə hotellərə daxil ola bilərlər”.

Koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə də buraxılacaqlar”.

Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə saytımıza açıqlamsında bildirib ki, sentyabrın 1-dən mehmanxanalarda, iri ticarət və ictimai iaşə obyektlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edəcəklər:

“Burada söhbət birinci və ikinci dozadan getmir. Peyvənd olunan hər kəs həmin ünvanlara gedə bilərlər”.

O qeyd edib ki, oktyabrın 1-dən isə koronavirus infeksiyasına əleyhinə peyvəndin hər iki dozasını vurdurmayan şəxslərin iri ticarət və ictimai iaşə obyektlərinə buraxılması qadağandır.

İlhamə Əbülfət
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru