Putindən etiraf: Mobil telefonum YOXDUR

4-09-2021, 00:05           
Putindən etiraf: Mobil telefonum YOXDUR
Rusiya prezidenti Vladimir Putin mobil telefondan istifadə etmirmiş.

Azadinfo.az lent-a istinadən xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunda deyib. Jurnalistlərdən birinin "Sizin mobil telefonunuz varmı" sualına, Putin "yox" cavabı verib.

O, qeyd edib ki, hələ Peterburqda işlədiyi vaxtlardan mobil telefonla vidalaşıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir qədər əvvəl bildirmişdi ki, Putin ancaq hökumət telefonlarından istifadə edir. O, hətta onu da deyib ki, prezident SMS yollaya belə bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru