Azərbaycanda əkin və məhsul subsidiyaları yeni əmsallarla veriləcək

7-09-2021, 00:06           
Azərbaycanda əkin və məhsul subsidiyaları yeni əmsallarla veriləcək
Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin və məhsul subsidiyalarının yeni əmsalları barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, qərarda subsidiyaların verilməsinə dair çoxsaylı yeniliklər var.

Qərara əsasən, üç bitki növü – əkin subsidiyaları tam şəkildə məhsul subsidiyası ilə əvəzlənib və məhsul subsidiyasının miqdarı artırılıb. Eyni zamanda, birdəfəlik əkin subsidiyası verilən meyvə bağlarının da siyahısı genişlənib.

İndiyədək 6 cür meyvə bağına görə birdəfəlik subsidiya ödənilirdisə, 2020-ci ildən bu rəqəm 9-a çatdırılıb. Qərarda subsidiyaların verilməsinə dair digər yeniliklər də əksini tapıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru