Məktəblər necə açılır?

8-09-2021, 00:01           
Məktəblər necə açılır?
Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, sentyabrın 22-dən I-IV siniflər, sentyabrın 29-dan V-XI siniflər, eləcə də ali təhsil və orta ixtisas təhsili müəssisələri əyani tədrisə başlayır.

Azərbaycanda təhsil müəssisələri 2020-ci il martın 3-dən koronavirus infeksiyası üzündən qapadılıb. Həmin il sentyabrın 15-dən başlayaraq təhsil müəssisələri mərhələlərlə açılıb. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il qərarı ilə təhsil müəssisələri yenə məsafədən iş formasına keçib, 2021-ci il fevralın 1-dən ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Bu il sentyabrın 7-dək 445278 yoluxma olub, 5879 xəstə vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru