Xəstəxananı su basması nəticəsində 16 xəstə ölüb

8-09-2021, 07:47           
Xəstəxananı su basması nəticəsində 16 xəstə ölüb
Meksikanın İdalqo ştatının Tula şəhərində xəstəxananı su basması nəticəsində 16 xəstə ölüb.
Teref.az xəbər verir ki, bu barədə hökumətin rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, xəstələrin ölümünə səbəbi su basmasın nəticəsində oksigen təchizatı sisteminin qapanması olub.
Digər xəstələr xəstəxanadan təxliyyə olunub. Ümumilikdə şəhərdəki 2 minə yaxın ev su altında qalıb.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Milli Qvardiyanın minə yaxın şəxsi heyəti və xilasedicilər əraziyə cəlb olunub.
Meksika Prezidenti Andres Manuel Lopez Obrador Tuladakı vəziyyətin ağır olduğunu deyərək, bölgəyə artıq yardımların çatdırıldığını bildirib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru