Qəbul imtahanlarının Azərbaycan birincisi Bakı Ali Neft Məktəbini seçdi

8-09-2021, 11:46           
Qəbul imtahanlarının Azərbaycan birincisi Bakı Ali Neft Məktəbini seçdi
Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə keçirdiyi qəbul imtahanında ən yüksək bal toplayan tələbə - Əbil Şəfiyev 697.1 balla Azərbaycan birincisi olub. O, I ixtisas qrupu üzrə imtahanda ən yüksək nəticə göstərib və Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi adını qazanıb. Əbil Şəfiyev Ali Məktəbin Kimya mühəndisliyi ixtisasına qəbul olub.

Qeyd edək ki, Əbil Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərində anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb. Əbil Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən Fərqlənmə attestatı ilə məzun olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru