Rusiyada şok ölüm! Fövqəladə Hallar naziri Yevgeni Ziniçev dünyasını dəyişdi

8-09-2021, 17:01           
Rusiyada şok ölüm!
Teref.az haberqlobala istinadən yazır ki, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin təlim zamanı öldüyü bildirildi.

Rusiyalı nazir məşqdə öldü

"Rusiya Fövqəladə Hallar Nazirliyi, Yevgeni Ziniçevin Arktika bölgəsini fövqəladə hallardan qorumaq üçün idarələrarası təlimlərə qatılarkən vəzifəsini yerinə yetirərkən bir nəfərin həyatını xilas edirək, faciəli şəkildə öldüyünü təəssüf hissi ilə bildirir" - nazirlikdən bildiriblər.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, hadisə barədə Vladimir Putinə məlumat verilib.

Rusiya Fövqəladə Hallar Naziri Yevgeni Ziniçevin 55 yaşı olduğu və 21 yanvar 2020 -ci ildən bu yana nazir vəzifəsində çalışdığı bildirilir.

PUTİNİN ŞƏRTLİ MESAJI

Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar naziri Yevgeni Ziniçevin ölümü ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

ZİNİÇEV KİMDİR?

18 Avqust 1966-cı ildə Leninqradda anadan olan Fövqəladə Hallar Naziri Yevgeni Ziniçev 1984-1986-cı illərdə SSRİ Silahlı Qüvvələrində Şimal Donanmasında xidmət etdikdən sonra 1987-2015-ci illərdə dövlət təhlükəsizlik qurumlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2015 -ci ilin iyunundan 2016 -cı ilin iyuluna qədər Federal Təhlükəsizlik Xidmətinin (FSB) Kalininqrad Regional Direktoru vəzifəsində çalışan Ziniçev, 2018 -ci ildə Rusiyanın Fövqəladə Hallar Naziri təyin edildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru