Kadırovun ailəsinin ən yaxşı təsvirini çəkənə mükafat təyin olunub

9-09-2021, 07:30           
Kadırovun ailəsinin ən yaxşı təsvirini çəkənə mükafat təyin olunub
Çeçenistan başçısı Ramzan Kadırov atası Əhməd Hacının və anası Aymaninin ən yaxşı obrazı üçün müsabiqə elan edib.

Bu barədə region parlamentinin sədri Maqomed Daudov özünün “Instagram” səhifəsində xəbər verib.

Siyasətçinin sözlərinə görə, yarışma respublikadan kənarda yaşayan çeçenlərin çoxsaylı müraciətləri ilə əlaqədar başlanıb. Ən yaxşı rəsm üçün müəllifə yarım milyon rubl (11,6 min manat) ödəniləcək.

Şəkillər oktyabrın 5-dək qəbul olunacaq. Kadırovun sözlərinə görə, bir çox istedadlı çeçenlər, xüsusən də gənclər başqa regionlarda və ölkələrdə yaşayırlar.

O, yarışmanın doğma yurd tarixi ilə bağlı biliklərin gücləndirilməsinə və Çeçenistanla mədəni əlaqələrin qorunmasına kömək edəcəyinə əminliyini ifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru