Bayden: "Uşaqların peyvənd olunmasına hazırıq"

15-10-2021, 08:35           
Bayden: "Uşaqların peyvənd olunmasına hazırıq"
ABŞ 5-11 yaş arasındakı bütün uşaqların koronavirusa qarşı peyvəndlənməsinə hazırdır.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə koronavirusun yayılmasına qarşı mübarizənin gedişi ilə bağlı keçirdiyi brifinqdə açıqlayıb.

"Valideynlər 5-11 yaş arası uşaqlar üçün peyvəndləri səbirsizliklə gözləyirlər. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti peyvəndin bu yaş kateqoriyasına uyğun olub-olmaması ilə əlaqədar bir neçə həftə ərzində qərar verə bilər", - Bayden deyib.

ABŞ Prezidenti vurğulayıb ki, uşaqların peyvənd olunması üçün yetərincə dərman alınıb.

Bundan əvvəl "Pfizer" və "BioNTech" 5 yaşdan 11 yaşa qədər olan uşaqlar arasında koronavirus peyvəndinin təcili istifadəsinin təsdiqlənməsi üçün Ərzaq və Dərman İdarəsinə müraciət edib.

Hazırda dərman 16 yaşdan yuxarı insanlar və 12-15 yaş arası yeniyetmələrdə təcili istifadə üçün təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru