AĞDAMLI İQBAL KİMƏ MİNNƏTÇİ DÜŞÜB?

16-03-2016, 23:17           
AĞDAMLI İQBAL KİMƏ MİNNƏTÇİ DÜŞÜB?
Bir xeyli müddətdir «bazarları» bağlanan qumar biznesinin nümayəndələri yenidən hərəkətə keçiblər.

Mətbuatda haqlarında yazılanlardan sonra onlarla obyekti bağlanan «qumarxana kralları» aldıqları yeni tapşırıqdan sonra fəaliyyətlərini əvvəlcə əvvəlki vəziyyətə, daha sonra isə genişləndirməyə başlayıblar. Məlumatda deyilir ki, qumar biznesinin aparıcı fiquru olan Ağdamlı İqbal bazarın yenidən bölüşdürülməsi üçün kimlərəsə minnətçi düşüb. İddialara görə, həmin şəxs Bakıdakı Polis İdarələrindən birində çalışır və zabitdir. Uzun müddətdən bəri qumarxana işlərinə nəzarət edən şəxs olaraq ad çıxarıb. Həmçinin hazırda da əsas himayədarlardan biri sayılır.
P.S. Əldə edilən məlumatlara görə, Ağdamlı İqbal oxucusu olmayan saytlardan birinin rəhbərinə bir müddət əvvəl rüşvət verib. Bu barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.