AMEA-nın obyekti əxlaqsızlıq yuvasına çevrilib – ŞOK HADİSƏ

29-11-2021, 19:18           
 AMEA-nın obyekti əxlaqsızlıq yuvasına çevrilib – ŞOK HADİSƏ
Şamaxı rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən Rəsədxanasının ərazisində yerləşən “Kainat” otel-restoranının administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Natiq İsmayəlovun sədrlyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-otelin koteclərindən birini fahişəkilə məşğul edilməsi üçün 1 gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektə əməliyyat keçiriblər və ikimərtəbəli kotecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediliblər. Hadisə vaxtı otaqda çılpaq vəziyyətdə olan kişi ilə qadının kimlikləri müəyyənləşdirilib.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.