“Ermənistan” ayıldı: Bakı ucuz qiymət, əla yol təklif edir

1-12-2021, 19:30           
“Ermənistan” ayıldı:
Gorus-Qafan yolunda yanacaq məntəqəsi açan azərbaycanlıların qiyməti ucuz edəcəyini təxmin edirəm. Çünki Ermənistan mane olmasa, İran maşınları yalnız o yolla hərəkət edəcək və yanacağı da ordan alacaqlar.

Hurriyyet.az xəbər verir ki, bu sözləri müxalif “Ermənistan” blokunun deputatı Vahe Akopyan mediaya açıqlamasında deyib.

O bildirib ki, Gorus-Qafan yolu iranlılar üçün bir neçə səbəbdən cəlbedicidir:

“O yol genişdir, yüklənməyib, yolda ucuz yanacaq var...”

Qeyd edək ki, SOCAR-ın Gorus-Qafan yolunda yanacaq məntəqəsi açması Ermənistanda ciddi narahatlıq yaradıb. Bir çox ekspertin fikrincə, Azərbaycan daha tez və daha rahat, geniş yolla mənzil başına çatmaqla bərabər, ucuz benzin də təklif edir. Əsas “narahatlıq” isə ermənilərin də bu yoldan istifadəsinə meyillənməsidir. Çünki SOCAR-ın təklif etdiyi qiymətlər Ermənistandakı yanacaq qiymətlərindən az qala iki dəfə ucuzdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru