Nazir avtobus sürən direktoru işdən çıxarıb

9-12-2021, 18:32           
Nazir avtobus sürən direktoru işdən çıxarıb
"BakuBus"a aid avtobusun sükanı arxasından paylaşdığı şəkillərdən sonra gündəmə gələn Saatlı rayonu, Yeni Novruzlu kənd tam orta məktəbinin direktroru Elnur Rzayev vəzifəsindən azad edilibmiş.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə bir müddət əvvəl Elnur Rzayev vəzifəsindən azad olunub və yerinə Əlihüseyn Həsənov təyin olunub.

Elnur Rzayev saytımıza açıqlamasında hazırda Bakıda mebel şirkətində çalışdığını deyib.

Qeyd edək ki, ötən ilin yayında sabiq məktəb direktoru Elnur Rzayev "BakuBus" avtobusunun sükanı arxasında şəkil çəkərək sosial şəbəkələrdə paylaşım edib və məzuniyyət vaxtı avtobus sürücüsü işlədiyini demişdi. Bu böyük səs-küyə səbəb olmuşdu.

Hadisədən sonra Təhsil naziri Emin Əmrullayevin əmri ilə Elnur Rzayevə töhmət verilmişdi.

Əhməd












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru