İtaliyada “Amazon” bir milyard avrodan çox cərimələndi

10-12-2021, 09:17           
İtaliyada “Amazon” bir milyard avrodan çox cərimələndi
İtaliyanın Antiinhisar Xidməti “Amazon” onlayn pərakəndə satış şirkətini “bazarda dominant mövqedən sui-istifadə” ittihamı ilə 1 milyard 128 milyon avro (2,2 milyard manat) cərimələyib.

Bu barədə Rəqabətin və Bazarın Müdafiəsi İdarəsinin (AGCM) məlumatında deyilir.

Tənzimləyicinin bildirdiyinə görə, mağaza “İtaliya bazarında mütləq üstünlük mövqeyindən” yararlanıb, bu da ona öz çatdırılma xidmətini inkişaf etdirməyə və təbliğ etməyə imkan verib. Bu isə internet-ticarət bazarında logistika sektorunda fəaliyyət göstərən digər xidmətlərə zərər vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru