BMT bu il dünyada ölən miqrantların sayını açıqladı 11-12-2021, 08:03 2021-ci ilin əvvəlindən bəri 4,4 mindən çox miqrant yeni həyata başlayacaqları ölkələrə getmək istəyərkən həlak olub.Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMT) məlumat yayıb.Məlumata görə, 2014-cü ildən bəri ölənlərin sayı 45,4 mini keçib.Təşkilat bu il ölüm sayının ötənilkindən daha yüksək olduğunu, 2020-ci ildə 4236 ölüm faktının qeydə alındığını vurğulayıb.Qurumdan bildirilib ki, miqrasiya ilə bağlı kütləvi faciələr getdikcə adi hala çevrilir.Mənbə: TASS Facebook-da paylaş