Rusiyada peyvənd ödənişli olacaq?

15-01-2022, 10:28           
Rusiyada peyvənd ödənişli olacaq?
Rusiyada koronavirus əleyhinə vaksinasiya ödənişli ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

“Qanunvericilik belə variantları nəzərdən keçirmir. Rusiya liberal ölkədir və vaksinasiya olunmaq istəyənlər üçün əlverişli şərait yaradır. Mən də düşünürəm ki, vaksinasiyanı ödənişli etməyə gərək yoxdur”, - deyə Gintsburq bildirib.

Qeyd edək ki, Rusiyada deputat Maksim İvanov hökumətin peyvəndi ödənişli edəcəyi ilə bağlı sosial şəbəkə səhifəsində məlumatlar paylaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru