Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”

24-01-2022, 12:19           
Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”
“Bizim media məkanında fundamental problemlər mövcuddur”.

Bunu "Report" a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) idarə heyətinin sədri Fərid Şəfiyev deyib.

“1988-ci ildə münaqişə başlayanda sovet ideologiyasının jurnalistikamıza təsiri var idi. O vaxt bir çox jurnalistlərin materialları müxtəlif ölkələrdə də dərc olunurdu. Son vaxtlar müəyyən problemlər əmələ gəldi. İndi daha çox iki-üç cümləlik materiallara rast gəlinir”. - o bildirib.

Mərkəz rəhbəri vurğulayıb ki, postmünaqişə ilə bağlı intintaqları çox azdır: “Bu materialların az olmasını hər birimiz görürürük. Təhlil xarakterli materiallar da azdır. 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılar qovulmuşdu. Ermənilər isə bizim könüllü çıxdığımızı iddia edirlər. Həmin şəxslərdən müsahibə götürərək bu əsassız iddialara son qoymaq olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru