Ukraynada 78 yaşlı cəsur baba Molotov kokteyli ilə rus "Qrad"ını yandırdı
24-03-2022, 08:04
Ukraynanın Nikolayev vilayətinin Baştanka şəhərində 78 yaşlı qoca rus işğalçılarının “Qrad” reaktiv yaylım atəş sistemini molotov kokteyli ilə yandırıb.
TNS unian.net saytına istinadla xəbər verir ki, bu barədə Baştankanın meri Aleksandr Bereqovoy məlumat verib.
Onun sözlərinə görə, Vasili baba ərazi müdafiəsi üçün müraciət etsə də, yaşı çox olduğu üçün qəbul edilməyib. Baştankada işğalçılarla döyüş başlayanda baba boş otura bilməyib və öz şəhərinin müdafiəsində bacardığı qədər iştirak edib.
Baştanka meri əmindir ki, yerli sakinlərin güclü müqaviməti nəticəsində işğalçılar şəhərə daxil olmaq cəhdlərindən əl çəkiblər.