Rusiyaya daha bir zərbə – “Western Union” pul köçürmələrini dayandırdı

24-03-2022, 22:45           
Rusiyaya daha bir zərbə –
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda martın 24-dən etibarən “Western Union” ödəniş sistemi Rusiyada pul köçürmələrini dayandırıb.

Şirkət ölkədə yalnız transsərhəd köçürmələri həyata keçirəcək.

“Western Union”un rəsmi saytında bildirilir ki, Rusiyaya göndərilən və 24 mart 2022-ci il tarixinədək alıcıya ödənilməyən pul köçürmələri göndərən tərəfə qaytarılacaq.

Rusiyadan göndərilən pul baratlarına gəldikdə, Rusiyadakı göndərən köçürmənin geri almağa qərar verərsə, bu, “Western Union”un partnyorlarının birinin filialında həyata keçirilə bilər. Rusiyadan digər ölkələrə göndərilən və 24 mart 2022-ci ilə qədər ödənilməyən pul köçürmələri isə alıcılar üçün əlçatan olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.