Putin adlı Sibir pələngi ölüb

25-03-2022, 08:53           
Putin adlı Sibir pələngi ölüb
ABŞ-ın Minnesota zooparkında saxlanılan Putin adlı Sibir pələngi ürək tutması nəticəsində ölüb.

Nəsli kəsilməkdə olan Sibir pələnginə hələ Çexiyada olarkən Rusiya prezidentinin adı verilib.

Vəhşi heyvan Çexiyadan Danimarkaya köçürülüb. 2015-ci ildən bəri isə o, Minnesota zooparkında yerləşdirilib.

Qeyd edək ki, Amur cinsindən olan Sibir pələnglərinin sayı dünya üzrə 500-dən azdır. Onlardan 103-ü Şimali Amerikadakı zooparklarda saxlanılır.

Mənbə: “Haber Global”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.