Ukraynalı polis generalından Putinin işğalçılarına kişilik dərsi: "Mariupoldakı uşaqları buraxın, mənim canımı alın"

25-03-2022, 08:41           
Ukraynalı polis generalından Putinin işğalçılarına kişilik dərsi:
Ukraynalı polis generalı Vyaçeslav Abroskin rus işğalçılarının yerlə bir etdiyi Mariupol şəhərində qalan uşaqların xilası əvəzində öz canını təklif edib. O, işğalçılara müraciət edib ki, şəhərdəki uşaqları toplayıb çıxarmaq üçün ona 3 gün vaxt versinlər. Və o, uşaqları çıxararkən, geriyə qayıdışda axırıncı buraxılış məntəqəsində ruslara təslim olsun.
“Mən 2014-2018-ci illərdə Donetsk vilayətində sizə qarşı müqavimət təşkil etmiş polis generalıyam. Mən sizin sanksiya siyahılarınıza daxil edilmişəm. Axtarışa verdiyiniz adamam. Məni aradan götürmək üçün mənə qarşı sui-qəsd təşkil etmisiniz. Mənim iştirakımla onlarla adamınız öldürülüb, minlərlə silahdaşınız həbs olunub. Məşhur Azov alayına bəlkə də ən yaxın olan general mənəm. Bu, mənim şəxsi təşəbbüsümdür. Mənim həyatım tək mənə məxsusdur və mən bunu hələ də Mariupolda qalan uşaqların həyatı müqabilində təklif edirəm”, - deyə Vyaçeslav Abroskin müraciətində yazıb.
Azadlıq qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.