Ağsuda canavarlar kəndlərə hücum etdi - FOTO

28-06-2022, 00:08           
Ağsuda canavarlar kəndlərə hücum etdi - FOTO
Ağsu rayonunun Girdə, Hinqar və Xanbulaq kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara quduz canavarların hücumuna məruz qalıb.

Canavarlar bir gündə 12 baş iribuynuzlu heyvanı məhv edib. Xəsarət alan heyvanlar quduzluq xəstəliyinə yoluxub. Ümumilikdə kənd sakinlərinə 10 min manata yaxın maddi ziyan dəyib. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin və Ağsu rayon Baytarlıq İdarəsinin nümayəndələri kəndlərə gəlib, heyvanlara baxış keçirib, ərazi dezinfeksiya olunub, mal-qaradan analiz üçün nümunələr götürülüb.

Sakinlərin sözlərinə görə bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur. Hadisə kəndin dağlıq ərazisində baş verib. Analoji hadisə bu kəndlərdə dəfələrlə baş verib.

Sakinlər bildirirlər ki, son vaxtlar canavarların sayı xeyli artıb və onların kəndlərə hücumu intensiv hal alıb. Son günlər vəhşi heyvanlar ümumilikdə 19 baş iri buynuzlu mal-qaranı tələf edib, yaralı inəklər arasında quduzluq xəstəliyi yayılıb. Sakinlər onlara canavarları öldürməyə icazə verilmədiyini bildirirlər. “Qırmızı kitab”a salınan canavarları ovlamağın cəriməsi 5 min manat olduğu deyilir.​ Bu qadağalar səbəbi ilə kənd ətrafında canavarların sayı sürətlə artır.

APA-nın əməkdaşı bu məsələ ilə bağlı həmin kənddə çəkiliş aparan zaman xəbər gəldi ki, canavarlar gündüz vaxtı təkrar olaraq daha 2 baş inəyə hücum edərək onları yaralayıb. Kənd sakinləri narahatdır ki, quduzlaşmış canavarlar insanlara da hücum edə bilər. Vətəndaşlar belə bir faciənin yaşanmaması üçün tədbir görülməsini istəyirlər.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.