G7 sammitində fotoqrafın komandasını eşitməyən Baydeni Şolts “xilas etdi” - VİDEO

28-06-2022, 09:34           
G7 sammitində fotoqrafın komandasını eşitməyən Baydeni Şolts “xilas etdi” - VİDEO
ABŞ Prezidenti Co Bayden G7 sammitində fotoqrafın komandasını eşitməyib.

Almaniya kansleri Olaf Şolts Amerika liderinin diqqətini fotoqrafa yönəldərək onu vəziyyətdən “xilas edib”.

Bu barədə “Sputnik Near Abroad” məlumat yayıb.

“Co, dön”, - deyə Şolts fotosessiya zamanı sənədlərə baxan və masaya tərəf çevrilmiş olan Baydenə işarə edib.

G7 liderləri şam yeməyi zamanı Rusiya Prezidenti Vladimir Putin haqqında danışıb, onunla bağlı zarafatlar edib.

O da məlum olub ki, Bayden G7 sammiti çərçivəsində baş tutan ikitərəfli danışıqlara başlamazdan əvvəl Rusiya Prezidentinin NATO və Qərb Alyansını parçalamaq istədiyini, lakin buna nail ola bilmədiyini bəyan edib. O, həmçinin Almaniya kansleri Olaf Şoltsa Qərbi bir arada saxlamaq səylərinə görə təşəkkür edib.

Almaniyanın sədrliyi ilə “Böyük Yeddiliy”in (“Böyük Yeddilik”) sammiti iyunun 26-dan 28-dək Bavariyadakı Elmau qəsrində keçirilir.

gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.