Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb - FOTO

5-08-2022, 08:44           
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb - FOTO
Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb. APA-nın Britaniya bürosu bu barədə London polisinə istinadən xəbər verir.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru