Fransada şərab istehsalı təhlükə ilə üz-üzə

21-08-2022, 12:45           
Fransada şərab istehsalı təhlükə ilə üz-üzə
Fransada quraqlıq və isti dalğaları fonunda bu il şərab istehsalı azalacaq.

Bu barədə Fransanın üzümçülər assosiasiyası “Vignerons Engagés”in inkişaf meneceri Amelie Petit açıqlayıb.

Buna baxmayaraq, Petit təsəlli verir ki, hansısa fəlakətli itkilər nəzərdə tutulmur və fransızlar tamamilə şərabsız qalmayacaqlar: “2022-ci ilin əvvəlindən şərab istehsalına təsir edən bir çox iqlim faktorları var. Bunlar, məsələn, Fransada müxtəlif üzüm bağlarında istehsal həcminin azalmasına səbəb olan şaxtalar və doludur, yayda da quraqlıq və həddindən artıq istilər olur ki, bu da istehsal olunan şərabın həcminə təsir göstərəcək”.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru