Ukrayna Rusiyanın S-300-lərini məhv etdi

29-08-2022, 11:57           
Ukrayna Rusiyanın S-300-lərini məhv etdi
Ötən gecə Ukrayna Silahlı Qüvvələri rusların Nikolayevi atəşə tutduğu bir neçə S-300 sistemini məhv edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.

"Bizim hava və artilleriya zərbələrimiz işğalçılar üçün elə vəziyyət yaradır ki, onlar öz bölmələrinə nəzarət edə bilmirlər. Ukrayna Silahlı Qüvvələri rus komanda məntəqələrini uğurla məhv edir. Ukraynalı müdafiəçilər irəliləyir, həmçinin düşmənin texnikası və şəxsi heyəti məhv edilir. Bu gecə Ukrayna Silahlı Qüvvələri işğalçıların bir neçə hava hücumundan müdafiə sistemini məhv edib. Bunun sayəsində Nikolayev həmin gecə daha dinc yatıb. Həmin S-300-lər şəhəri dəhşətə gətirirdi”, - o bildirib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru