Ukrayna "qanuni oğru"-larına qarşı cəbhə açıldı

29-08-2022, 15:51           
Ukrayna "qanuni oğru"-larına qarşı cəbhə açıldı
Dubayda 30-a yaxın “qanuni oğru”nun iştirakıyla toplantı keçirilib.

TEREF.AZ-ın Sfera.az-a istinadən məlumatına görə, toplantıda Ukraynadakı vəziyyət müzakirə edilib.

Məlumatda deyilir ki, toplantıya bir neçə klanın nümayəndələri qatılıb. Bu siyahıda Tariyel Oniani (Taro), Zaxari Kalaşov (Şakoro Molodoy), Vasili Xristoforov (Vasya Voskres), Qadi Kaloyan (Onik), Valeri Farizov (Valera Kurd) və Lotu Quli klanının varisi Namiq Bakinski iştirak ediblər.

Müzakirə mövzusu Ukraynalı “qanuni oğru”ların hərəkəti olub. Dubaya yığışanlar “qanuni oğru”ların siyasətə qarışmaması prinsipini əldə rəhbər tutaraq, ukraynalıların bundan çəkinməyə çağırıblar.

Toplantıda həmçinin ukraynalı oğrulara bu və ya digər şəxsi taclandımaq da müvəqqəti qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru