Ukrayna ordusu elə bir drondan yararlanacaq ki...

30-08-2022, 00:04           
Ukrayna ordusu elə bir drondan yararlanacaq ki...
“Blək Hornet” dünyada ən son istehsal olunmuş ən kiçik ölçülü dronudur. Ukrayna Silahlı Qüvvələri tezliklə bu dronlardan istifadə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Katkov deyib.

Onun sözlərinə görə, bu dronlara çoxlu sensorlar inteqrasiya olunub:

“Pilotsuz təyyarə iki optik kamera ilə təchiz olunub. Uzunluğu cəmi 10 santimetrdir və yarım saata qədər havada qala bilir. Uçuş məsafəsi isə təxminən kilometr yarımdır. Dronlar əsasən, yaxın döyüşlərdə, xüsusən də şəhər yerlərində istifadə üçün nəzərdə tutulub. Bundan əlavə, “Black Hornet”in uçuş zamanı heç bir səs-küy yaratmır”.

Ekspertin sözlərinə görə, bu dronların bir çox üstünlükləri var:

"Üstünlüklərdən biri bütün dron dəstinin çəkisi bir kiloqramdan bir qədər artıq olmasıdır. Bununla da, dronu istənilən şəraitdə işə salmaq mümkündür. İki kameraya malik olması isə günün istənilən vaxtında yüksək keyfiyyətli video əldə etməyə imkan verir.

Qeyd edək ki, Böyük Britaniya tezliklə Ukraynaya 850 ədəd “Blək Hornet” mikro dronlarından verəcək.(axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru