Gömrük Komitəsinin bu vəzifəlisi də həbs edildi

30-08-2022, 17:42           
Gömrük Komitəsinin bu vəzifəlisi də həbs edildi
Bir neçə saat əvvəl Dövlət Gömrük Komitəsinin strukturlarında keçirlən anti-korrupsiya əməliyyatında həbs edilən şəxslərdən birinin kimliyi məlum olub.

Gununsesi.info-nun özəl mənbədən əldə etdiyi xəbərə görə, əməliyyat zamanı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Məsumov Hüseyn Möhsün oğlu saxlanılıb.

Xatırladaq ki, Hüseyn Məsumov bir aay əvvəl həbs edilən “Azərterminalkompleks” birliyinin direktoru gömrük general-mayoru Ehtiram Xəlilovu əvəzləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru