Sülhməramlılarının Laçındakı postları tam söküldü, səlahiyyətləri BAŞA ÇATDI

1-09-2022, 12:58           
Sülhməramlılarının Laçındakı postları tam söküldü, səlahiyyətləri BAŞA ÇATDI
Rusiya sülhməramlılarının Laçın şəhərində, Zabux və Susda qurduğu müvəqqəti postlar tam sökülərək götürülüb.

"Report"un Laçın şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, sülhməramlıların həmin ərazilərdəki səlahiyyətləri bir neçə gündür başa çatıb.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru