Paşinyan cangüdənlərinin sayını 3 dəfə artırdı

1-09-2022, 11:59           
Paşinyan cangüdənlərinin sayını 3 dəfə artırdı
Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın cangüdənlərinin sayı üç dəfə artırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Hparak” qəzeti məlumat yayıb.

Bildirilir ki, əvvəllər Paşinyanı xarici səfərlərdə 3-4 nəfər təhlükəsizlik xidməti əməkdaşı müşayiət edirdisə, hazırda bu rəqəm üç dəfə artıb.

“Maraqlandıq ki, belə böyük bir dəstəni Brüsselə aparmasının səbəbi nədir? O, öz həyatı təhlükəsi üçün qorxur. Hazırda ona qarşı xaricdə sui-qəsd təşkil oluna bilər. Həmçinin Paşinyan erməni icmasının Brüsseldə təşkil edəcəyi etiraz aksiyalarından ehtiyatlanır, müdafiənin gücləndirilməsinin məqsədi budur”, - “Hparak” yazıb.

Qeyd edək ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib. 4 saata yaxın davam edən görüşdə sülh müqaviləsinə hazırlıq məsələləri müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru