Ermənilər arasında atışma olub - Ölən və yaralanan var

25-09-2022, 08:27           
Ermənilər arasında atışma olub -
Ermənistanın paytaxtı İrəvanda baş verən silahlı insident zamanı bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Məlumata görə, atışma Malatiya-Sebastiya inzibati rayonunda, Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda olub.

Hadisə yerinə gələn polis əməkdaşları burada bir kişi meyiti aşkarlayıb. İnsident zamanı xəsarət alan daha 1 nəfərə ilkin tibbi yardım göstərilib və o, tibb mərkəzinə aparılıb.
Ətraflı
Ad - 00:02

Ərazidə çoxlu sayda tüfəng, tapança patronları və qan izləri aşkarlanıb.

Polis və istintaq şöbəsi ölən və yaralananların şəxsiyyətini müəyyənləşdirir. Faktla bağlı adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

Hadisə yerində həmçinin üzərində güllə izləri olan “Lexus” və “Mercedes” markalı avtomobillər aşkar edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.