“Mercedes-Benz” ilk tam virtual avtomobilini təqdim edəcək

25-09-2022, 11:34           
“Mercedes-Benz” ilk tam virtual avtomobilini təqdim edəcək
“Mercedes-Benz” daha bir yeniliyi təqdim etməyə hazırlaşır.

Bu barədə markanın baş dizayneri Qordon Vaqener sosial şəbəkə səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, populyar brend ilk dəfə tam virtual şou avtomobilini nümayiş etdirəcək.

Görüntülərə əsasən, söhbət həm forma, həm də dizayn baxımından qeyri-adi, eksteryerdə çoxsaylı LED elementləri olan futuristik idman avtomobilindən gedir.

Yeni məhsul haqqında başqa heç bir məlumat verilməyib.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru