Xanım sahibkardan Kəmaləddin Heydərovun zabitlərinə rüşvət ittihamı: ” Asiman və Elçin müəllim…”

16-05-2016, 02:35           
Xanım sahibkardan Kəmaləddin Heydərovun zabitlərinə rüşvət ittihamı: ” Asiman və Elçin müəllim…”
Göyçay rayon Potu kənd sakini sahibkar Mayılova Minayə Seyidağa qızı tərəfindən teref.az-ya şikayət məktubu göndərilib. Sahibkar xanım çoxlu sayda insanı işlə təmin edib dövlətə xeyir gətirmək niyyətində olduğunu, yalnız öz şəxsi maraqlarına görə dövlətə ziyanlar vuran bəzi vəzifəli şəxslərin tamahına görə sahibkarlıq fəaliyyətinin çökmək üzrə olduğunu bildirir. Şikayətçinin məktubunu cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:
“Mən fəaliyyətimi davam etdirib genişəndirmək istəyirəm.Göyçay rayon ərazisində “Sadiq Çingizoğlu” adlı motelim, “Göyçay” çay evi hazırda fəaliyyət göstərir.Maliyyə imkansızlığına görə tikintisi yarımçıq qalmış böyük çörək bişirmə zavodumun tikintisini başa çatdırıb işə salınması üçün mənə maneələr yaradılır. Sahibkarlığa Kömək Milli Fondundu mənim fəaliyyətimin davam etdirilməsi üçün kreditin ayrılmasına razılıq versədə Mərkəzi bank razı deyil. İldə 1 milyon cücə yetişdirmək üçün yaratdığım böyük inqibator aparatının ikisini borcuma görə satmışam. Çörək bişirmə zavodunun həyətinin bir hissəsini “Azərsu”-un Göyçay rayon şöbəsi zəbt edib orada qanunsuz olaraq ehtiyat su anbarı inşa etdirib ki, buna görə iddiamızın təmin edilməsinə dair məhkəmənin çıxardığı qərarları icra edilmir.Çörək bişirmə zavoduna qazının çəkilməsi üçün “Azərqaz” məndən 15000 manat rüşvət istəyir. Tikintiyə sənəd verilməsi üçün isə Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət şöbəsinin əməkdaşı Asiman və Elçin müəllim bizdən küllü miqdarda rüşvət istəyirlər ki, axırı məcbur olub onların rüşvət istəmələrini video çəkliş etmişik. Zərurət olarsa bunu KİV-də ictimailəşdirəcəyik.Sahibkarlıq fəaliyyətimi dayandırmaq məcburiyyətində qalmışıq. Ancaq çox istəyirəm ki, fəaliyyətimizi genişləndirib cəmiyyətə,dövlətə töhfələr verim büdcəyə xeyir gətirim. Qiyməti 25 qəpiyə olmaqla gündəlik 40-50.000 çörək bişirməyə qadir olan bir çörək bişirmə zavodunun işə salınmasında inanıram ki, dövlətin marağı olacaq, ancaq bəzi harın müftəxor məmurların öz şəxsi maraqları bu gözəl təqdirəlayiq planın həyata keçməsinə əngəllər yaradır.Mən sahibkar qadın kimi Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib çox-çox xahiş edirəm üzləşdiyim qanunsuzluğun aradan qaldırılıb qanunu sahibkarlıq fəaliyyətimin davam etdirilib genişləndirilməsində mənə yaxından köməklik edəsiniz. Sahibkarlığa Kömək Milli Fondundunun xətti ilə mənə kredit verilməsinə köməklik göstərməyinizi sizdən çox-çox xahiş edirəm”.
teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.