"Şimal axını" və "Şimal Axını -2" boru kəmərləri yaxınlığında partlayışlar qeydə alınıb

28-09-2022, 00:06           
"Şimal axını" və "Şimal Axını -2" boru kəmərləri yaxınlığında partlayışlar qeydə alınıb
İsveç seysmoloqları "Şimal axını" və "Şimal Axını -2" boru kəmərləri yaxınlığında partlayışlar qeydə alıb.

İsveçin SVT telekanalı xəbər verir ki, seysmoloqlar partlayışları son 36 saat ərzində qeydə alıblar.

Telekanalın verdiyi məlumata görə, həm İsveç, həm də Danimarkadakı ölçmə stansiyaları bazar ertəsi qaz sızması ilə eyni ərazidə güclü sualtı partlayışlar qeydə alıb. İsveç Milli Seysmik Şəbəkəsinin seysmologiya üzrə eksperti Byorn Lund: "Dalğaların aşağıdan səthə necə sıçradığını aydın görə bilərsiniz. Bunun bir partlayış olduğuna şübhə yoxdur. Hətta Gnosjedə bunu qeydə almış bir stansiyamız var", deyə açıqlamasında bildirib.

İlk partlayış bazar ertəsi gecə saat 02:03-də, ikinci partlayış isə bazar ertəsi axşam saat 19:04-də qeydə alınıb.

Ərazidəki gəmilər suyun səthində qabarcıqlar aşkar etdikdən sonra, müvafiq olaraq, bazar ertəsi saat 13:52-də və 20:41-də qaz sızması ilə bağlı məlumat yayılıb.

SVT telekanalı qeydə alınmış partlayışların koordinatlarını əldə edib və onlar qaz sızmasının qeydə alındığı ərazidədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru