"Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb" - İcra hakimiyyəti intihar edən Qazi barədə

28-09-2022, 11:25           
"Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb" -
Cəbrayıl rayon İcra Hakimiyyəti Vətən müharibəsi qazisi Firudin Firudinlinin intihar etməsinə münasibət bildirib.

TEREF.AZ xəbər verir ki, icra başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva Axar.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.

“Məsələdən xəbərdarıq, lakin qazi bizə müraciət etməyib. Bizim bu vaxta kimi o qazi ilə heç bir problemimiz də olmayıb”, - F.İbayeva bildirib.

Qeyd edək ki, Firudin Firudinli "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru