Fərqli dünyaların İranı: Kimisi izzət, kimisi ləzzət peşində

28-09-2022, 19:52           
Fərqli dünyaların İranı: Kimisi izzət, kimisi ləzzət peşində
Hicabını düzgün bağlamadığı üçün əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əminin vətəndaşı olduğu İranda imam-cümələrin övladları tamamilə başqa dünyada yaşayırlar.
İranlı jurnalist Purya Zeraəti bu barədə öz Tvitter hesabında yazıb:
“Tehranın cümə imamı və Ekspertlər Şurasının üzvü Məhəmməd Emami Kaşaninin qız nəvələri Vüsal və Vina Emami bu günlərdə Tehranın göbəyində əyləncəli həyat keçirməklə məşğuldurlar.
Onların babası isə cümə namazlarında sadə və abırlı yaşamaqla bağlı xalqa davamlı tövsiyələr edir ki, bunlardan sadəcə iki nümunəni qeyd edirəm:
- Övladlarınıza deyin ki, ləzzətlərdən imtina etsinlər.
- İffət və hicab hamının xeyrinədir”.
Heydər O]uz
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru