Saatlı peşə liseyinin məzunları diplomlarını ala bilmirlər - Bədəli var...
17-05-2016, 13:53
Son illər Saatlı peşə liseyinin direktor sarıdan bəxti heç gətirmir. Ona görə də məktəb demək olar ki, yarasız hala düşüb. Liseyin bütün avadanlıqları satılmış, yardımçı torpaq sahəsi imkanlı adamlara icarəyə verilmiş, dərslərin tədrisi isə yarıtmaz vəziyyətə düşmüşdür. Son bir ildə peşə liseyinə direktor tapılmadığından bu vəzifə 69 yaşlı müavin Teyyub Babayevə həvalə olunub.
Əslində Teyyub Babayev yaş həddinə görə, 4 il əvvəl işdən çıxmalı idi. Ancaq müəmmmalı səbəblərə görə üstəlik direktor əvəzidir. Bundan istifadə edən direktor əvəzi peşə liseyinin binasının daşlarını da söküb satmaq fikrindədir. Liseydə rüşvətsiz bir addım da atmaq olmaz Qoca direkror əvəzi haqqını almamış kağızı kağız üzərinə qoymur. Bu günlərdə yenə də müəllimlər liseydə pul üstündə dava-dalaşın, söyüşün, təhqiin şahidi olublar.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, məktəbin məzunları hərbi xidmətlərini başa vurduqdan sonra diplomlarını almaq üçün peşə liseyinə gəlirlər. Təbii ki, onları liseyin direktor müavini və direktor əvəzi olan 69 yaşlı Teyyub Babayev qarşılayır. Çünki o, bütün diplomları öz seyfində saxlayır. Məzunları bir-bir qəbul edən Teyyub müəllim onların hər birindən 100 manat pul istəyir. Məzunlar və ya onların valideynləri buna etiraz etdikdə Teyyub müəllim mülayim səslə deyir:
-Ay oğul, ay bala, elə bilirsiniz ki, pulu özümə istəyirəm? Hər bir diploma görə Təhsil Nazirliyinə 100 manat şirinlik verməliyəm.Elə bilirsiniz bu yaşımda burada elə-belə oturmuşam? Verməsəm, diplomu da vermirlər. Mən sizin hansınızın əvəzində Təhsil Nazirliyinə 100 manat verim?
Məzunlar 100 manat adını eşidən kimi səs-küy salır, pullarının olmadığlarını bildirirlər. Bundan sonra tədris ocağında söyüşün biri bir qəpiyə olur. Bu söyüşlər diploma görə pul tələb edənlərin ünvanına göndərilir.
Məktəbin müəllimləri deyirlər ki, Teyyub Babayev artıq belə söyüşlərə vərdiş edib. Çünki o, 30 ildən çoxdur ki, peşə liseyində işləyir. Bu vaxta kimi o qədər məzundan Təhsil Nazirliyinin adından pul istəyib və o qədər təhqiramiz sözlər eşidib ki, bunlara artıq vərdiş edib. Ona görə də hər gün peşə liseyinin həyətində belə dava-dalaşların baş verməsi və söyüşlərin səsləndirilməsi adi hala çevrilib. Teyyub müəllim bu qulağından alıb, o biri qulağından ötürür. Təki diploma görə istədiyi pulu ala bilsin.
İndi Teyyub Babayevin seyfində neçə illər bundan əvvəl peşə liseyini bitirmiş məzunların diplomları var. İki ayağını bir bş.mağa dirəyib deyir ki, hər diploma görə 100 manat verin, gəlin aparın. Pulu mən yox, Təhsil Nazirliyinin işçisi istəyir.