Salyan Qaz İdarəsinin rəisi boru alverinə girişib

13-05-2015, 13:11           
Salyan Qaz İdarəsinin rəisi boru alverinə girişib
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayevlə bağlı maraqlı məlumat yayılıb. JAM.AZ-a verilən məlumata görə, Rzayev son dövrlər boru alverinə girişib.

Belə ki, yerin altındakı köhnə qaz borularını çıxararaq, üzərinə izolyasiya qatı vurduran idarə rəisi Sumqayıtdakı Ekologiya Postunun yaxınlığında yerləşən dəmir bazarını mal və materiallarla təhciz edən əsas fiqur olaraq tanınır.

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, idarə rəisinin bu işdə şəriki Masallıdan olan Nail adlı şəxsdir. Belə ki, bu şəxslər xüsusi briqadalar yaradaraq, onların vasitəsi ilə yerin altındakı köhnə və istismara yararsız boruları çıxararaq, onların üzərinə izolyasiya qatı vuraraq, «təzə» halına salırlar. Ardından isə dövlət sifarişləri üçün istifadə edirlər.

Məlumatda vurğulanır ki, Nail adlı şəriki ilə birlikdə hərəkət edən Xəyyam Rzayev bu yolla dövlət büdcəsindən xeyli vəsait əldə edə bilirlər. Daha doğrusu, onlar köhnə boruları «yenilədikdən» sonra təzə adı ilə sənədləşdirmək yoluyla bu istəklərini reallaşdırırlar.

Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayevin bu posta təyinat alması isə yaxın qohumunun SOCAR-da mühüm postlardan birini tutmasıyla bağlıdır.

Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.