Araz Market kiflənmiş məhsul satır- Bu market vergidəndə yayınır? FOTOFAKT

18-05-2016, 13:16           
Araz Market kiflənmiş məhsul satır- Bu market vergidəndə yayınır? FOTOFAKT
Bu gün Retail MMC-yə məxsus olan Araz Marketlərində heç də ürək açmayan olayla qarşılaşdım. Deməli dünən ki, kolbasa yemək sevdamı Bazarstore şəbəkələrində məyus olduğumdan sonra üz tutdum Araz Marketinin Mərkəz filalına kolbasa şöbəsinə yaxınlaşıb artıq yerli lakin başqa şirkətə məxsus "SAB" və "1000 1 halal nemət" məhsullarını almaq istədim necədə olmasa bütün günü TV reklamları yaxşı səviyyədə təşkil olunur. Nə isə bu olayın digər tərəfi. Məhsullara baxdıqda məhsulların üzərində yenədə malların dəhşətli dərəcədə kiflənməsi faktı ilə rastlaşdım və bunları sizlər üçün çəkdim. Digər lazimı məhsulları alıb dükanda çıxmaq istədikdə marketin mühafizəçisi ilə və ya "qoçu dəstəs"inin əməkdaşı ilə rastlaşdım və mənə kobud şəkildə şəkil niyə çəkmisən və dərhal silməlisəm ultimatum dolu səslə müraciət etdi və məndə cavabında yararsız mallar satmaqları faktını onlara çatdırdım.
Və mənə harda necə yarasız mal satmağımı soruşdu və mən ona hansı şöbədə olduğumu bildirdim və bütün olaylar bundan sonra yaşandı. Biz mühafizə ilə o şöbəyə keçdikdə marketin digər əməkdaşları ortalama 6-8 nəfər və aralarında baş bilən desəm yanılmaram qalstuklu kostyumda arıq bir oğlan məni mühasirəyə alıb hesab çürütmək üçün marketin arxa tərəfinə dəvət etdilər və bütün bu danışıqlarım ümüd varam ki, marketin video kameralarında qeyd olunub. Çox səs küydən sonra kimlərnənsə əlaqə saxladılar və məni marketdən çıxmağıma imkan verdilər bu olanlardan sonra ortaya bəzi suallar çıxır həmin marketlər şəbəkəsinin rəhbərliyinə və dövlət qurumlarına
1) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların müdafiəsini hansı şəraitdə və hansı səviyyədə qoruyur.
2) Cənab Prezident sahibkarlara dəstək olun dedikdə və dövlət tərəfində bəzi güzəştlərin edilməsindən istəfadə edən sahibkarlara kim haqq verib ki, əməkdaşlarına qoçuluq etmək hüququ veriblər?
3) əgər özünüzə və satdığınız mallara zəmanət verirsizsə normal çəkiliş aparmağa niyə qadağalar olur nədən çəkinəcəyiniz var???
4) Vətəndaşların Konsitutusiyon haqqlarını sadə market mühafizəçiləri "qoçu"ları necə poza bilər?supermarketinq/

Bu gün Araz marketinin əməkdaşı Ramin Ağayev zəng edib olan hadisə ilə üzr istəyib dalıyca məni borclu çıxardır ki, siz marketimizdə çəkiliş edə bilməsiniz eləmədim tənbəllik başqa Arazdan OBA şirkətinin kolbasını alıb şəklini çəkib paylaşıram bunu indi suallım Ramin Ağayevadər bəs buna nə deyirsiniz???
P.S: Hələm bu arada ƏDV bölməsinə baxın 0.00 manat bu nevə baş verə bilər bunlar vergi ödəyiciləri deyirlər???
Orxan Məmmədli.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.