Arzu Rəhimov və Yunis Əsgərov ətrafında şok qalmaqal: rayonlardan yığılan haqq və 700 minlik mənimsəmə

18-05-2016, 14:00           
Arzu Rəhimov və Yunis Əsgərov ətrafında şok qalmaqal: rayonlardan yığılan haqq və 700 minlik mənimsəmə
Arzu Rəhimovun ən yaxın adamlarından biri kimi tanınan polkovnik çətin vəziyyətlə üzləşib. SHXÇDX-də mənimsənilən 700 min manatda Arzu Rəhimovla bərabər Daxili Təhqiqatlar İdarəsinin rəisi, polkovnik Yunis Əsgərovun da payı olduğu iddia olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, qurumda ciddi probllemlər çıxmaqda davam edir.
Arzu Rəhimovun qurumunda daxili təhqiqatlar şöbəsinin rəisi vəzifəsini daşıyan Yunis Əsgərovun tibbi ləvazimatlar üçün dövlət tərəfindən ayrılan 700 min manat vəsaiti SHXÇDX rəisi ilə birlikdə mənimsədiyi deyilir. Verilən məlumatda o da bildirilir ki, Daxili Təhqiqatlar İdarəsinin rəisi, polkovnik Yunis Əsgərov Arzu Rəhimova arxayın olaraq rayon şöbələrinin rəislərini açıq-aşkar şantaj edərək onlardan külli miqdarda pul alır. Belə ki, SHXÇDX-nın rayon şöbələrindən baş idarəyə daxil olan şikayətləri araşdıraraq “ciddi bir sübuta” çevirən Yunis Əsgərovun vəzifəsindən sui istiadə edərək şöbə rəislərindən hər ay rüşvət tələb etdiyi iddia olunur. SHXÇDX-dəki mənbənin verdiyi məlumatda qeyd olunur ki, Yunis Əsgərov demək olar rayon şöbələrinin əksəriyyətindən aylıq haqq alır. Bu isə SHXÇDX-iın rayon şöbələrin rəislərini çağırışçıların valideynlərindən alınan rüşvəti artırmağa sövq edir. Nəticədə isə orduya kasıb insanların xəstə uşaqları cəlb olunur.
Məlumata görə hər rayon şöbəsinin rəisi hər ayın axırında Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərova 300 manat göndərməlidir. Məlumatda o da iddia olunur ki, Daxili Təhqiqatlar İdarəsi rəisinə aylıq haqq verən şöbələrdən gələn hər hansı bir şikayət araşdırılmır. İnformasiyani verən mənbə bildirir ki, Yunis Əsgərovla anlaşmayan şöbə rəisləri isə ciddi amansızlıqla üzləşirlər. Hətta onun bir çox şəxslərinin səsini yazması və həmin səs yazısını SHXÇDX rəhbəri Arzu Rəhimova dinlətməsi də bildirilir.
Ancaq polkovnik Yunis Əsgərovun əməlləri bununla da bitmir. Rayon şöbələrində baş verən qanunsuzluqların demək olar ki, əksəriyyətini Daxili Təhqiqatlar İdarəsinin rəisi nəyinsə qarşılığında ört-basdır edir. Buna misal olaraq, Masallı rayon hərbi komisarlığında baş verənləri göstərmək olar.
Mənbənin iddiasına görə, SHXÇDX Masallı rayon şöbəsində baş verən cinayət işini ört-basdır etmək üçün polkovnik Yunis Əsgərov 60 min manat alıb. Bundan başqa, məlumatda bildirilir ki, polkovnik Yunis Əsgərov SHXÇDX Şəmkir rayon şöbəsindən rüşvət alarkən tutulub və hazırda həmin iş hərbi prokurorluqda tədqiqatdadır. Mənbəmiz bildirir ki, SHXÇDX-də tibbi ləvazimatların adı altında mənimsənilən 700 min manat yeyintidə də polkovnik Yunis Əsgərovun əli var.
Amma polkovnik bu vəsaitin bir hissəsini mənimsədiyini, əsas məbləğin isə Arzu Rəhimova çatdığını açıq aşkar deyir. “Görünür işinin hərbi prokurorluqda olması polkovnik Yunis Əsgərovu çətin vəziyyətə salmaqla bərabər həmçinin stresə də salıb. Belə bir məqamda isə onun Arzu Rəhimovu satmayacağı inandırıcı görünmür. Çünki onun törətdiyi yüzlərlə qanunsuz əməllərdən qazandığı milyonlarla pulu təkbaşına yemədiyi ortadadır. Bu qazancın bir hissəsinin Arzu Rəhimova çatdığını isə hər kəs yaxşı bilir”, deyə mənbə qeyd edib.
Qeyd edək ki, SHXÇDX-nın Daxili Təhqiqatlar İdarəsinin rəisi Yunis Əsgərovun Şəmkirdə necə rüşvət alması və necə ilişməsi, həmçinin polkovnikin digər əməlləri barədə yaxın günlərdə daha ilginc məlumatlar verəcəyik./gundelik-baku.com/

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.