Cavid Qurbanovun atasının xəyanətə bərabər əməli ifşa edildi (FOTO)

18-05-2016, 16:02           
Cavid Qurbanovun atasının xəyanətə bərabər əməli ifşa edildi (FOTO)
Bir müddətdir ki, moderator.az saytı təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatını edir.

İlham İsmayıl moderator.az saytında yayımlanan kitabının bir hissəsində uğurzuz Kəlbəcər əməliyyatından da bəhs edib. Həmin məqama diqqət edək:

“Murovun qərb hissəsində, hər yanın qarla örtüldüyü, soyuğun adamın iliyinə işlədiyi bir vaxtda xüsusi hazırlıq keçmiş hərbi dəstələrin olmadığı bir ordu ilə Kəlbəcəri almaq adı ilə döyüş keçirmək böyük avantüra idi. Həmin günlərdə amerikalı mütəxəssislərin hansısa qəzetdə rəyi vardı ki, Murovdağ silsiləsində qış zamanı müharibəyə başlamaq məğlubiyyətlə nəticələnəcək.Təəssüf ki, mütəxəssislərin rəyi nəzərə alınmadı, Bərdənin, Kəlbəcərin o vaxtkı icra başçılarının avantürist çıxışları, bu qələbə ilə hakimiyyəti daha da möhkəmlətmək düşüncəsi nəticədə böyük faciəyə səbəb oldu”.

Göründüyü kimi, keçmiş MTN-çi uğursuz “Murov” əməliyyatına görə Bərdə və Kəlbəcərin o vaxtkı icra başçılarını ittiham edir və onları avantürustlikdə təqsirləndirir. Azinforum.az olaraq biz söhbətin hansı icra başçılarından getdiyini araşdırmaq qərarına gəldik. İlk olaraq Kəlbəcərə həmin vaxt kimin rəhbərlik etdiyini dəqiqləşdirdik.

Məlum oldu ki, 1994-cü ilin yanvar ayının 9-na kimi Kəlbəcərə Qəmbər Şəmşir oğlu Qurbanov rəhbərlik edib. Bu şəxs hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbanovun atasıdır. 1994-cü il yanvar ayının 9-dan sona isə, onu həmin vəzifədə Əvəz Kərəm oğlu Şükürov əvəzləyib.

Kəlbəcərin işğaldan azad edilməsi əməliyyatı isə, 1993-cü ilin dekabrında başlayıb. Bunu həmin əməliyyatlara rəhbərlik etmiş şəxslərdən birinin KİV-lərə verdiyi müsahibə də təsdiq edir. Onda belə çıxır ki, İlham İsmayılın tənqid hədəfinə tuş gələn icra başçılarından biri məhz Cavid Qurbanovun atası Qəmbər Şəmşiroğludur. Hər halda , müəllif bu məqamla bağlı daha aydın izahat versə yaxşı olar…

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.